Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransada etiraz aksiyaları genişlənir, saxlanılanların sayı artır

10.09.2025 [16:26]

Xəbərin mətni

Fransada hökumətin 2026-cı il büdcə layihəsinə qarşı sosial şəbəkələrdə yaranan və sürətlə yayılan “Hər Şeyi Bloklayaq” hərəkatı çərçivəsində keçirilən etiraz aksiyaları sentyabrın 10-da daha da intensivləşib. Blokadalar, yolların bağlanması və strateji infrastrukturlara müdaxilələr ölkə üzrə ciddi narahatlıq yaradıb.