Nazir: Hazırda səhələrin 10-11 faizi müasir suvarma sistemi ilə təmin olunub
11.09.2025 [12:28]
Xəbərin mətni
Kənd təsərrüfatını susuz təsəvvür etmək mümkün deyil. Azərbaycan 2023-cü ildə quraqlıqla üz üzə qaldı. 178 min hektar sahə quraqlıqdan məhv olmuşdu. Bu, bizim üçün bir işarədir. Nəzərə almalıyıq ki, ildən ilə yağışların intensivliyi və həcmi azalır. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransında deyib.