Keçmiş məcburi köçkün: Doğma torpaqlarda yeni həyata başlayırıq
13.09.2025 [14:59]
Xəbərin mətni
“Mən məcburi köçkün düşəndə 24 yaşım var idi. Şəki rayonunda məskunlaşmışdıq. Çətinliklərimiz çox olsa da, dövlət hər zaman dayağımız olub. Bu gün isə doğma torpaqlarda yeni həyata başlayırıq”. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə bu gün Xocalı rayonunun Seyidbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Sultan Əsədov deyib.