Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçayın Qarabaqqal kəndində yeni inşa edilmiş müasir məktəb binası istifadəyə verilib

15.09.2025 [18:40]

Xəbərin mətni

Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilmiş Göyçay rayon Hümbət İsmayılov adına Qarabaqqal kənd tam orta məktəbi sentyabrın 15-də istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə Milli Məclisin deputatı Sabir Hacıyev, Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov, Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.