Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naurızbay Taqanulı: Qazaxıstan və Azərbaycan arasında əlaqələr yüksək səviyyədə inkişaf edir

16.09.2025 [14:52]

Xəbərin mətni

Qazaxıstan və Azərbaycan xalqları eyni kökə malikdir. Onları ortaq din - İslam və müqəddəs kitab - Quran birləşdirir. Bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı bu gün Astanada keçirilən "Dünya və ənənəvi dinlər liderlərinin Qurultayının Katibliyinin 23-cü iclası" zamanı bildirib.