Azərbaycan Dövlət İnformasiya Agentliyi

İntiqam Babayev: Mədəniyyət Nazirliyi Xankəndidə keçirilən Şəhər Günündə geniş proqramla iştirak edir

20.09.2025 [13:48]

Xəbərin mətni

Bu gün ilk dəfə Xankəndi Şəhər Günü qeyd olunur. Bu gün həm də Dövlət Suverenliyi Günüdür. Mədəniyyət Nazirliyi bu tədbirlərdə çox geniş proqramla iştirak edir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndidə jurnalistlərə müsahibəsində Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev deyib.