Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş prokuror: Konstitusiya hər bir dövlətin təməl sütununu təşkil edir

22.09.2025 [15:38]

Xəbərin mətni

1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və ümumxalq müzakirəsindən sonra 1995-ci il noyabrın 12-də referendumla demək olar ki, bütün Azərbaycan xalqının səs çoxluğu ilə qəbul olunmuş ilk milli Konstitusiyamız bu gün də dövlətçiliyimizin əsas dayağıdır. Şübhəsizdir ki, Konstitusiya əsas qanun olmaqla hər bir dövlətin təməl sütununu təşkil edir. Bizim hazırda 30 illiyini qeyd etdiyimiz bu Konstitusiya da suverenliyimizin və ərazi bütövlüyümüzün qorunmasının, hüquqi və dünyəvi dövlətin möhkəmləndirilməsinin, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsinin, beynəlxalq müstəvidə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafının möhkəm hüquqi əsasıdır. Bunu Baş prokuror Kamran Əliyev "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" adlı dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda bildirib.