Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir: Çin Azərbaycanın Orta Dəhliz və onun seqmenti olan Zəngəzur dəhlizinin reallaşmasını dəstəkləyir

22.09.2025 [16:25]

Xəbərin mətni

Çinin iqtisadi potensialı onun inkişafını təmin edir. Biz yeni texnologiyalarımızı ixrac etməklə tərəfdaşların da inkişafına nail olmaq və qarşılıqlı əməkdaşlığı davam etdirmək niyyətindəyik. Bu istiqamətdə geniş tədbirlər həyata keçiririk. Azərbaycan da Çinin yaxın tərəfdaşı və dostudur. Bu sözləri Çinin Azərbaycandakı səfiri Lu Meyin Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun panel müzakirəsində çıxışı zamanı deyib.