Azərbaycan Dövlət İnformasiya Agentliyi

Renson İnqonqa: Konstitusiya cəmiyyətin təməlini möhkəmləndirir

22.09.2025 [18:03]

Xəbərin mətni

Azərbaycan Konstitusiyasının 30 illiyinin qeyd olunması dərin düşüncə üçün fürsətdir. 1995-ci ildə ümumxalq səsverməsi nəticəsində qəbul edilmiş Azərbaycan Konstitusiyası dövlət suverenliyinə, birliyinə və qanunun aliliyi əsasında demokratik dövlətin qurulmasına sadiqliyin təzahürüdür. Bunu Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru Renson İnqonqa Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda dəyirmi masa formatında beynəlxalq konfransda çıxışı zamanı deyib.