Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçayda quldurluq etdikdən sonra ölkədən qaçan şəxs tutulub

23.09.2025 [11:50]

Xəbərin mətni

Göyçay rayonunda yerləşən quşçuluq fermalarının birində quldurluq hadisəsi qeydə alınıb. Kamuflyaj olunaraq gecə saatlarında obyektə daxil olan naməlum şəxs orada işləyən qadına küt alətlə xəsarətlər yetirib və 23 min 300 manat pulu, eləcə də 2 min 200 manat dəyərindəki qızıl-zinət əşyalarını talayaraq ələ keçirib.