Balazs Hendrik: Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılır
23.09.2025 [13:51]
Xəbərin mətni
Yaxın perspektivdə Azərbaycan Avropa bazarında öz mövqeyini mütləq təmin edəcək. Bunun üçün Azərbaycan iqtisadiyyatının potensialı var. Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılır və hökumət geniş infrastruktur layihələri həyata keçirməkdə davam edir. Bu sözləri 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Strateji investisiya və maliyyələşdirmə: Dövlət-özəl tərəfdaşlığı və sinerji imkanlarının açılması” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı Macarıstandakı Türk Dövlətləri Təşkilatı Nümayəndəliyinin missiya rəhbəri Balazs Hendrik deyib.