Konstantin Laykam: Azərbaycanda statistika işi müasir tələblərə uyğun təşkil olunub
24.09.2025 [11:30]
Xəbərin mətni
Bu gün statistika hər bir dövlətin inkişafının mühüm tərkib hissəsini təşkil edir. Statistik hesabatlar iqtisadi vəziyyəti, əhalinin, sayını, sosial vəziyyəti və perspektivdə görüləcək işləri planlaşdırmağa imkan verir. Bu sözləri Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) 3-cü Beynəlxalq Statistika Forumunda jurnalistlərə açıqlamasında MDB Statistika Komitəsinin sədri Konstantin Laykam deyib.