Azərbaycan Dövlət İnformasiya Agentliyi

Komitə sədri: Azərbaycanın milli statistika sistemi ciddi islahatlar yolu ilə yeni tələblərə uyğun inkişaf etdirilib

24.09.2025 [12:50]

Xəbərin mətni

Ölkələrin sosial-iqtisadi inkişafı üçün informasiya təminatında xüsusi rola malik olan milli statistika sistemləri təşəkkül tapdığı dövrdən etibarən beynəlxalq səviyyədə müəyyən edilmiş fundamental dəyərləri qoruyub saxlayıb və böyük inkişaf yolu keçərək daim yeni perspektiv hədəflərə doğru irəliləyib. Bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov III Beynəlxalq Statistika Forumunda çıxışı zamanı deyib.