Dünya Bankı: III Beynəlxalq Statistika Forumu çox mühüm mərhələdə keçirilir
24.09.2025 [12:53]
Xəbərin mətni
Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərin Beynəlxalq Müqayisələr Proqramında fəal iştirak etməsi gələcək üçün olduqca ümidvericidir. Bu sözləri Dünya Bankının Beynəlxalq Müqayisələr Proqramı layihəsinin rəhbəri Marko Olavi Rissanen Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda çıxış edərkən deyib.