Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əl-ələ uşaqlığa səyahət - Uşaq bağçasında bir gün

25.09.2025 [13:55]

Xəbərin mətni

Uşaqlıq insan həyatının ən parlaq və qayğısız dövrüdür. Eyni zamanda, bu illərdə uşağın dünya haqqında ilk təsəvvürləri, xarakteri və arzuları formalaşır, vərdişləri yaranır. Buna görə də uşaqların sevgi və qayğı görməsi, düzgün tərbiyə alması çox önəmlidir.