Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Liderindən dünyaya çağırış: Ədalətin selektiv olmadığı bir dünya quraq

26.09.2025 [14:35]

Xəbərin mətni

Prezident İlham Əliyev ən mötəbər beynəlxalq platformaların birindən – BMT Baş Assambleyasının tribunasından dünyaya çağırış etdi. İkili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünyanın qurulmasının zəruriliyini dilə gətirdi. Azərbaycan Lideri bu tribunadan ölkəmizin baxışlarını, prioritetlərini bəyan etdi: beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıq. Prezident İlham Əliyevin Baş Assambleyadakı çıxışı həm də tarixi bir an idi. Çünki Azərbaycan Lideri vaxtilə ölkəmizin işğal, təcavüz və ədalətsizliyə məruz qaldığını bəyan etdiyi tribunada indi işğala necə son qoyduğumuzu və sülhü siyasi vasitələrlə necə təmin etdiyimizdən danışdı.

 

BÖLMƏNİN DİGƏR VİDEOLARI