Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi qazisi: Əmimin qisasını almaq, onun adını qalib kimi daşımaq mənim üçün böyük fəxrdir

28.09.2025 [16:11]

Xəbərin mətni

Müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gündə torpaqlarımızın azadlığı naminə həyata keçirdiyi döyüş əməliyyatlarında şəhidlərimizlə yanaşı, yaralanaraq qazi statusu qazanan əsgər və zabitlərimiz də olub. Onlardan biri də Şərur rayonunun Yengicə kəndində dünyaya göz açan, ehtiyatda olan baş leytenant Səyavuş Həsənlidir.