Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Şəfiyev: TDT regionda sülh və əməkdaşlığa tam xidmət edir

29.09.2025 [10:34]

Xəbərin mətni

Türk Dövlətləri Təşkilatının (TDT) builki Zirvə görüşü Azərbaycanda keçiriləcək. Təşkilata üzv və müşahidəçi dövlətlərin beyin mərkəzləri olaraq, Zirvə görüşlərindən əvvəl ev sahibi ölkədə öz aramızda mütəmadi görüşlər keçirməyi artıq ənənə halına salmışıq. Hətta bu istiqamətdə beyin mərkəzləri arasında memorandum imzalanıb, TDT Zirvə görüşlərinin yekun bəyannaməsində dövlət və hökumət başçıları tərəfindən bu görüşlərin davam etdirilməsi müvafiq tapşırıq olaraq müəyyən edilib. İndiyədək 10 belə görüş və konfrans təşkil etmişik. Bu gün isə 11-ci konfransı Bakıda keçiririk. 2009-cu ildə etibarən, təşkilatlanma mərhələsinə keçən TDT-nin regiondakı nüfuzu daim artan xətt üzrə inkişaf edir. Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda keçirilən konfransda söyləyib.