BMTM-in sədri: Azərbaycan hər zaman TDT-nin qlobal siyasətdə mövqeyinin möhkəmlənməsinə dəstək verib
29.09.2025 [10:38]
Xəbərin mətni
Hazırda dünya siyasətində qeyri-müəyyənlik dövrü yaşanır. Bunun əsas səbəblərindən biri bir çox beynəlxalq təşkilatın öz funksiyalarını effektiv şəkildə yerinə yetirə bilməməsidir. Bu gün regional və qlobal səviyyədə ya mövcud təşkilatlarda ciddi islahatlara, ya da yeni təsisatların meydana gəlməsinə ehtiyac var. Qısaca, təşkilatların funksionallığı baxımından boşluq mövcuddur və TDT bu boşluğu doldurmaq potensialına malikdir. Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda keçirilən konfransda söyləyib.