TDT-nin Baş katibinin müavini: Azərbaycan Türk dünyasında körpü rolunu oynayır
29.09.2025 [11:22]
Xəbərin mətni
Bugünkü konfrans bizə TDT-nin regionda və onun hüdudlarından kənarda roluna diqqət yetirmək imkanı verəcək. Dünyada baş verən sürətli dəyişikliklər, həmçinin qlobal və regional səviyyədə mühüm inkişaf və çağırışlar türk coğrafiyasında əməkdaşlıq və inteqrasiyanı daha da vacib edir. Ortaq tarix, dil, mədəniyyət və ənənələrə əsaslanan qardaş türk dövlətləri arasındakı münasibətlər böyük strateji dəyər və potensial təklif edir. Bu sözləri Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman Bakıda "Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda keçirilən konfransda söyləyib.