Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid anası: Təsəllimiz odur ki, qanları yerdə qalmadı, torpaqlarımız azad olundu

29.09.2025 [11:46]

Xəbərin mətni

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Şahbazovun ən böyük istəyi torpaqlarımızın, o cümlədən baba yurdu olan Laçının işğaldan azad edilməsi idi. Məhz bu istək onu hərbiyə gətirdi. Xidmətini ön xətdə aparan cəsur hərbçi 2016-cı il Aprel döyüşlərində iştirak edib. 2020-ci il 44 günlük Vətən müharibəsində Talış kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərərək şəhadətə yüksəlib.