Ömər Kocaman: Yeni ideyalar Türk dünyasının birliyi üçün mühüm zəmin yaradır
29.09.2025 [12:17]
Xəbərin mətni
Türk Dövlətləri Təşkilatı qarşıdakı dövrdə “Türk Dünyası 2040” vizyonu və 2022-2026-cı illər üçün Strateji Sənəd çərçivəsində iqtisadiyyat, nəqliyyat, turizm, media, gənclik və digər sahələrdə mühüm proqram və layihələri icra etməkdədir. Bu baxımdan toplantının Azərbaycanın ev sahibliyində və xüsusilə oktyabrın 6-7-də Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü ərəfəsində təşkili ayrıca əhəmiyyət daşıyır. Bu sözləri jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman söyləyib.