Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Qyonqcu İpək Yolu mədəniyyət festivalında iştirak edir

22.08.2015 [11:23]

Xəbərin mətni
Koreya Respublikasının Qyonqsanbuk əyalətində Qyoncu İpək Yolu mədəniyyət festivalı işə başlayıb. BMT-nin ixtisaslaşmış qurumu olan Dünya Turizm Təşkilatının dəstəyi ilə keçirilən və Koreyanın qədim mədəniyyət mərkəzlərindən olan Qyonqcu şəhərindəki Dünya Mədəniyyət Parkında təşkil olunan festivalda 30-dən çox ölkə, o cümlədən Azərbaycan təmsil olunur.