Azərbaycan Dövlət İnformasiya Agentliyi

III MDB Oyunlarının keçirildiyi ərazilərdə yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar

30.09.2025 [13:51]

Xəbərin mətni

III MDB Oyunları çərçivəsində ölkəmizin bir neçə şəhərində müxtəlif idman növləri üzrə yarışlar keçirilir. Yarışlara çoxsaylı tamaşaçı və iştirakçılar qatıldığından nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti daim diqqət mərkəzində saxlanılır. Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.