Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahibə Qafarova: Dayanıqlı sülh yalnız beynəlxalq hüququn normaları əsasında mümkündür

30.09.2025 [17:37]

Xəbərin mətni

Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Bu çıxış Cənubi Qafqazda yaranmış yeni reallıqları beynəlxalq arenaya təqdim etmək baxımından böyük əhəmiyyət daşıyır. Dövlət başçısı öz çıxışında hərbi Zəfərimizin diplomatik uğurla tamamlanmasını qeyd etdi. Birgə Bəyannamə həm də onu göstərdi ki, dayanıqlı sülh yalnız beynəlxalq hüququn normaları əsasında mümkündür. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin sentyabrın 30-da keçirilən plenar iclasında çıxışında deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI