İşğaldan azad olunmuş ərazilərdə daha bir qrup sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb
30.09.2025 [20:02]
Xəbərin mətni
Böyük Qayıdış Proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir. Bu dəfə Ağdam, Xocalı, Laçın, Ağdərə rayonları və Şuşa şəhərində daha 15 sakinə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim edilib.