Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Aqrar sahə iqlim dəyişikliklərinə qarşı mübarizədə əsas prioritet olaraq qalır

01.10.2025 [12:18]

Xəbərin mətni

Biz bu gün Bakıda iqlim fəaliyyəti üzrə qlobal hərəkata şahidlik edirik. Bu prosesin üçüncü dalğası kənd təsərrüfatı, su, nəqliyyat və ağıllı şəhərlər üzrə iqlim davamlılığına yönəlib. Bu mənada qadınların liderliyinin iqlim fəaliyyətində mərkəzi rolu xüsusi əhəmiyyət daşıyır. Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı deyib.