Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan İnnovasiya Mərkəzi həm prototipləşdirmə laboratoriyası, həm də innovasiya mərkəzi funksiyalarını icra edəcək

01.10.2025 [16:28]

Xəbərin mətni

Bu gün Naxçıvan Dövlət Universitetinin və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birlikdə apardığı fəaliyyət nəticəsində təsis olunmuş İnnovasiya Mərkəzinin açılışını qeyd edirik. Bu, bizim agentliyin dəstəyi ilə üçüncü belə innovasiya mərkəzidir. Bundan öncə Bakı və Sumqayıt şəhərlərində eyni formatlı mərkəzlər təsis edilib. Sevindirici haldır ki, bu gün də Naxçıvan şəhərində mərkəzin açılışı icra edilir. Bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev deyib.