“Şərq-Qərb” nəşriyyatının baş redaktoru: Bu il uşaqlar üçün yeni bir layihəyə başlamışıq
01.10.2025 [16:53]
Xəbərin mətni
“Şərq-Qərb” nəşriyyatı Bakı Beynəlxalq Kitab Sərgisində hər il iştirak edir. Bu il nəşriyyatımız uşaqlar üçün yeni bir layihəyə başlayıb. Layihə çərçivəsində 15 adda həm yerli, həm də dünya nağıllarının kitabları nəfis tərtibatda və orijinal rəsm əsərləri ilə oxuculara təqdim olunub. Bunu müsahibəsində “Şərq-Qərb” nəşriyyatının baş redaktoru filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı deyib.