Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən sevgisi naminə şəhidlik zirvəsinə ucalan igid - Sərxan Mustafayev

02.10.2025 [12:14]

Xəbərin mətni

Torpaqlarımızın işğaldan azad olması uğrunda canından keçən igidlərimizdən biri də Sərxan Mustafayevdir. O, 1994-cü ildə Qazax rayonun Ermənistanla sərhəddə yerləşən Aslanbəyli kəndində doğulub. Elə düşmənlə qonşuluqda yaşayan Sərxan uşaqlıqdan güllə səsləri ilə böyüyüb. Vətən sevgisi onun üçün hər şeydən öndə gəlirdi.