"Masdar": Biləsuvar GES-in şəbəkəyə ilk qoşulması 2026-cı ilin aprel ayının sonuna planlaşdırılır
02.10.2025 [16:14]
Xəbərin mətni
Bu gün biz Biləsuvar rayonu ərazisində MDB-nin ən böyük Günəş Elektrik Stansiyalarından (GES) birinin birinci panelinin quraşdırılmasında iştirak edirik. Stansiyanın gücü 445 meqavat dəyişən cərəyandan və 590 meqavat sabit cərəyana görə olacaq. Sabit cərəyana görə MDB-nin ən böyük Günəş Elektrik Stansiyasıdır. Bu sözləri “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıxov 445 meqavat gücündə Biləsuvar Günəş Elektrik Stansiyasında ilk günəş panelinin quraşdırılması mərasimində deyib.