Nyu-Yorkdan Kopenhagenə: Azərbaycanın dünya siyasətində rolu artır
02.10.2025 [17:44]
Xəbərin mətni
Müstəqil, çoxvektorlu xarici siyasət yürüdən Azərbaycanın təkcə regionda deyil, beynəlxalq arenada da nüfuzu artır. Ölkəmiz regional və qlobal miqyasda əməkdaşlıq əlaqələrini gücləndirir, beynəlxalq aləmdə baş verən proseslərə, qlobal təhlükəsizliyə təhdid yaradan halların aradan qaldırılmasına öz töhfələrini verir. Ötən həftə Nyu-Yorkda BMT Baş Assambleyasının tribunasından Azərbaycanın yaratdığı reallıqları, ölkəmizin müharibədə və sülhdə Zəfərini beynəlxlaq ictimaiyyətin diqqətinə çatdıran Prezident İlham Əliyev bu gün Kopenhagendə Avropa Siyasi Birliyinin sammitində iştirak edir.