Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nərimanov rayonunda yeni salınan parkdan REPORTAJ

02.10.2025 [17:53]

Xəbərin mətni

Paytaxtın müasir və gözəl parkları siyahısına daha biri əlavə olundu. Nərimanov rayonunda, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında salınan, ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Yeni açılan park ən çox ərazidə yaşayan sakinləri sevindirib.