Azərbaycan Dövlət İnformasiya Agentliyi

Agentlik direktoru: Azərbaycanın borc mövqeyi dayanıqlı və möhkəmdir

07.10.2025 [21:04]

Xəbərin mətni

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin buraxdığı manat istiqrazları yerli və xarici maliyyə qurumları üçün yeni fürsətlər açır. Bu fürsətlər investorlar üçün əhəmiyyətli ola bilər. AZƏRTAC xəbər verir ki, bu sözləri agentliyin direktoru Azər Mursaqulov Bakıda keçirilən Almaniya-Azərbaycan ixracat və maliyyə konfransında çıxış edərkən deyib.