Sahibə Qafarova: Xorvatiya ilə minatəmizləmə sahələrində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır
08.10.2025 [15:29]
Xəbərin mətni
Keçirdiyimiz görüşdə Azərbaycan-Xorvatiya əlaqələrinin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını təsdiqlədik. Ötən 30 ildə əməkdaşlıq müxtəlif sahələrdə uğurla inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu sözləri Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç ilə keçirilən brifinqdə söyləyib.