Milli Məclisin sədri: Ötən 30 ildə Xorvatiya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
08.10.2025 [15:44]
Xəbərin mətni
Parlamentlərimiz arasında dostluq qrupları fəaliyyət göstərir. Qrup üzvlərinin qarşılıqlı səfərləri artırıla və beynəlxalq parlament platformalarında əməkdaşlıq genişləndirilə bilər. Komitələrarası təcrübə mübadiləsi, xüsusən iqtisadiyyat, enerji, nəqliyyat, sahibkarlıq, təhsil və mədəniyyət sahələrində faydalı olacaq. Bu gün Azərbaycan Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinə qaz ixrac edir ki, Xorvatiya da bu ölkələrdən biridir. Bu sözləri Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç ilə keçirilən brifinqdə söyləyib.