XRİTDX rəsmisi: “CIDC 2025”də kritik infrastrukturlar üzrə kiberhücumların qarşısı simulyasiyada sınaqdan keçirilir
09.10.2025 [10:24]
Xəbərin mətni
Bu gün Bakı Konqres Mərkəzində “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” adlı kibertəhlükəsizlik tədbiri dörd əsas hissədən ibarətdir. Burada 360-dan çox mütəxəssis xüsusi mövzularda təhlükəsizlik təlimləri keçirəcək. Bu təlimlər spesifik sahələri əhatə edir və adi kurslarda təqdim olunmur. Bu barədə jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) baş idarə rəisinin müavini Tural Məmmədov məlumat verib.