Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Humanitar Hüquq İnstitutunun prezidenti: İtkin düşmüş şəxslərlə bağlı məsələ bizi narahat edir

09.10.2025 [13:39]

Xəbərin mətni

Həm hərbi, həm də mülki şəxslərin müharibə qanunlarını başa düşməsi olduqca önəmlidir. AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Humanitar Hüquq İnstitutunun prezidenti, general-leytenant Giorgio Battisti İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.