Azərbaycan Dövlət İnformasiya Agentliyi

Düşənbə görüşü: Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı

10.10.2025 [13:56]

Xəbərin mətni

Düşənbədə Prezident İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında baş tutan görüş Bakı-Moskva münasibətlərində yeni mərhələnin başlanğıcı hesab olunur. Görüşdə müzakirə olunan məsələlər və liderlərin çıxışlarında diqqət çəkən məqamlar bunu deməyə əsas verir. Rusiya Prezidentinin mətbuat qarşısında açıqlamaları onu göstərdi ki, Azərbaycanın təyyarə qəzasından sonra irəli sürdüyü şərtlər, haqlı mövqe Rusiya lideri tərəfindən rəsmən qəbul edilib. Putin faciənin Rusiya səmasında baş verdiyinə görə üzrxahlıq edərək bu məsələdə Rusiyanın məsuliyyət daşıdığını etiraf edib. Eyni zamanda zərərçəkən ailələrə kompensasiya ödəniləcəyini və günahkarların cəzalandırılacağını bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI