İsrail səfiri: Qarabağın bir neçə il ərzində keçdiyi inkişaf yolu inanılmazdır
11.10.2025 [19:42]
Xəbərin mətni
Bu mənim Qarabağa ilk səfərimdir. Çox həyəcanlıyam. Biz dünən Füzuliyə gəldik, şəhər ilə tanış olduq. Daha sonra isə Şuşaya gedərək orada gecələdik. Şuşa haqqında çox eşitmişəm. Bu şəhərə səfər etmək və onu öz gözüm ilə görmək olduqca heyranedicidir. Bu sözləri AZƏRTAC-a müsahibəsində beynəlxalq konfrans iştirakçısı, İsrailin Azərbaycandakı səfiri Ronen Kraus söyləyib.