İran “Şimal-Cənub” dəhlizi ilə yükdaşımaların sənədləşməsini tamamilə elektronlaşdırmağı təklif edir
13.10.2025 [15:20]
Xəbərin mətni
Dövlətlər arasındakı nəqliyyat sisteminin mövcudluğu iqtisadi inteqrasiyanın əsasıdır. Buna görə də ölkələrimizin nəqliyyat infrastrukturu uyğunlaşdırılmalıdır. Biz bu istiqamətdə tədbirlər hazırlayıb həyata keçirməliyik. Bu sözləri İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüşdə çıxışı zamanı deyib.