Aqil Şirinov: “Mənəvi dəyərlər həftəsi"nin keçirilməsində məqsəd tələbələrə Qarabağın Azərbaycan mənəviyyatında əhəmiyyətini izah etməkdir
13.10.2025 [17:16]
Xəbərin mətni
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında xüsusi nümayəndəsinin dəstəyi ilə Qarabağda “Mənəvi dəyərlər həftəsi" keçirilir. Bu həftənin qeyd olunmasında əsas məqsəd tələbələrə Qarabağın Azərbaycan mənəviyyatında əhəmiyyətini izah etməkdir. Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib.