Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ramil Həsən: TÜRKPA və qardaş ölkələr üçün yeni səhifə açmaq bizim mənəvi borcumuzdur

15.10.2025 [12:44]

Xəbərin mətni

Türk dövlətlərinin liderlərinin həyata keçirmiş olduqları tarixi missiyanın parlament istiqamətində davamı olaraq biz TÜRKPA-nı daha yüksək səviyyəyə yüksəltmək, həmçinin qardaş ölkələrimizin birliyinin və bərabərliyinin, siyasi, iqtisadi, strateji və bir çox digər sahələrdəki çalışmalarının sürətli şəkildə parlamentlərdə qanun halını alaraq ratifikasiya olunaraq rəsmiləşməsi üçün əlimizdən gələni etmək bizim mənəvi borcumuzdur. Bu sözləri oktyabrın 15-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş ofisində təşkilatın Baş katibi Ramil Həsən deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI