Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaqif Aydınoğlu: Qarabağ və Şərqi Zəngəzurda görülən işlər Baş plana uyğun icra olunur

15.10.2025 [21:45]

Xəbərin mətni

Ümumilikdə, bizim fəaliyyətimiz Prezident İlham Əliyevin tapşırıqları əsasında davam etdirilir. İşğaldan azad olunmuş bütün rayonlarda layihələr həyata keçirilir. Köç prosesi ilə əlaqədar qarşımıza qoyulan bütün vəzifələr vaxtından əvvəl yerinə yetirilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu jurnalistlərə açıqlamasında deyib.