Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilərin Gəncədə törətdiyi terror şahidlərin dili ilə - bir gecədə altı ailə məhv oldu

17.10.2025 [18:41]

Xəbərin mətni

Şanlı Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi zamanı Ermənistan cəbhə xəttində rəşadətli Azərbaycan Ordusu qarşısında aciz qaldıqca döyüş meydanından uzaqda yerləşən yaşayış məntəqələrimizi, o cümlədən Gəncəni hədəf alırdı. Ölkəmizin ikinci böyük şəhərinə edilən beş raket hücumundan ən dəhşətlisi 2020-ci il oktyabrın 17-si gecə saatlarında baş verdi.