Heyvan bazarlarında biotəhlükəsizlik tədbirlərinin tətbiqi ilə bağlı çatışmazlıqlar var
18.10.2025 [15:50]
Xəbərin mətni
Oktyabrın 25-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Buna səbəb region ölkələrində heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılmasıdır. Respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri hesab olunur. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin başvermə riskinin artmasına səbəb ola bilər.