Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərkosmos”: Hazırda xidmətlərimizdən 50-dən çox ölkədə 200-ə yaxın şirkət yararlanır

21.10.2025 [11:25]

Xəbərin mətni

Hazırda “Azərkosmos”un xidmətlərindən 50-dən çox ölkədə 200-ə yaxın şirkət yararlanır. Azərbaycan bu sahədə öz orbital mövqeyinə sahib 48 ölkədən biridir və kosmik resurslarından müstəqil şəkildə istifadə edir. Bunu “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdə çıxışı zamanı deyib.