Nazir: Toxumçuluğun kənd təsərrüfatında və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rolu var
22.10.2025 [14:33]
Xəbərin mətni
Toxumçuluğun kənd təsərrüfatında və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rolu olduğu üçün daim bəşəriyyətin diqqət mərkəzində olub. AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə keçirilən “Dayanıqlı kənd təsərrüfatında toxumçuluğun rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.