Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırdı
22.10.2025 [17:37]
Xəbərin mətni
Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Prezident İlham Əliyev bunu dünən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə keçirilən mətbuata bəyanatında söyləyib. İlk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Yük Aktau-Bakı dəmir yolu vasitəsilə, daha sonra isə Azərbaycan-Gürcüstan marşrutu ilə Ermənistana çatdırılacaq.