Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyəli nazir: TDT arasında süni intellekt və rəqəmsal sahədə əməkdaşlığın dərinləşdirilməsi vacibdir

24.10.2025 [15:44]

Xəbərin mətni

Türk Dövlətləri Təşkilatları (TDT) arasında süni intellekt və rəqəmsal sahədə əməkdaşlığın dərinləşdirilməsi vacibdir. Bu barədə Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci İclasında deyib.